YENİYETMƏ PSİXOLOGİYASI

YENİYETMƏ PSİXOTERAPİYASI

Yeniyetməlik və gəncliyin ilkin dönəmi şəxiyyətin formalaşması baxımından kritik bir dönəmdir. Xüsusilə əhəmiyyətli bir inkişaf mərhələsi olan yeniyetməlik fiziki dəyişmə ilə birlikdə emosional, cinsi, psixoloji cəhətlərdən kamilləşmə dövrüdür. Bir sıra psixolji problemlərin mənbəyinə bu dövrdə rast gəlinir. Bununla yanaşı yeniyetməlik dövrünün özünə xas problemləri də var. Demək olar ki, bütün şəxslər yeniyetməlik dövründə müəyyən problemlər yaşayırlar. Yeniyetməlik dövrünə fokuslanan psixoterapiyalar ümumiyyətlə fərdin bu dönəmdə ortaya çıxan emosianal, düşüncə və davranış problemlərinin diaqnozuna və həllinə xidmət edir.

Yeniyetməlik və gəncliyin ilkin dövründə ortaya çıxan problemlər:

  • Şəxsiyyət pozuntuları və şəxsiyyət ziddiyyətləri
  • Yeniyetməlik krizi
  • Sosial fobiya və komplekslər
  • Anksiyete (Həyəcan) pozuntuları
  • Depressiya, bipolyar pozuntu və digər emosional pozuntular
  • Cinsi problemlər
  • Maddə sui-istifadəsi
  • Davranış problemləri
  • Adaptasiya və sosial problemlər
  • Yemə pozuntuları
  • Posttravmatik stress
  • Tikler ve takıntılı davranışlar

PEDAQOJİ KONSULTASİYA

Pedaqoji konsultasiya və rəhbərlik fərdləri akademik həyatlarında xüsusilə ibtidai və orta məktəb illərində ortaya çıxan problemlərə istiqamətlənir. Xüsusilə akademik müvəffəqiyyətə təsir edən amillərin təsbit edilməsi və bunların düzəldilməsi istiqamətində konsultasiya tətbiq olunur.
Fərdlər akademik mühitlərə adaptasiya göstərməkdə fərqli problemlər yaşayırlar. Bununla yanaşı, sosial, emosional və psixolji amillər akademik həyata təsir göstərir. Pedaqoji Konsultasiya məktəb problemlərinin təyin olunmasıda, effektiv bir psixoloji səbəbin təsbit edilməsində və bu problemlərin idarəsində dəstək və rəhbərlik təklif edir.

İMTAHAN KONSULTASİYASI

İmtahana hazırlıq müddəti sadəcə lazım olan bilikləri hafizəmizdə saxlamaqla məhdud deyil. Eyni zamanda psixoloji hazırlığın da güclü olması lazımdır. Həm imtahan əsnasında həm də hazırlıq dövründə performanımıza təsir edən çoxlu amil vardır. Bunun ən kəskin olduğu anlar isə, biliyimizin və hazırlığımızın kafi olduğunu düşündüyümüz hallarda belə imtahanlardan gözlədiyimiz nəticəni əldə edə bilmədiyimiz zamanlardır.
İnsanlar imtahana yüklədikləri mənalar səbəbi ilə və ya təzyiq və s. səbəblərlə imtahan stressi yaşaya bilərlər. Aşağı səviyyədəki bir stressin motivasiyanı artırdığı haqqında araşdırmalar olsa da yüksək səviyyəli bir stressin həm imtahana hazırlıq zamanı həm də imtahan əsnasında maneələr törətdiyi bilinməkdədir. Bəzən anksiyete (həyəcan) pozuntusu və depressiya kimi əslində imtahandan müstəqil psixoloji problemlər imtahan stressini və artırır və imtahan nəticəsinə neqativ təsir göstərir.
İmtahan konsultasiyası bu yöndə müəyyən metodları təqib edən dəstək və rəhbərlik xidmətidir. Bu çərçivədə imtahana gərəcək şəxs imtahan stressi ilə bağlı bir psixometrik testlə qiymətləndirilir. Bu testin nəticəsində stressin və həyəcanın əsas səbəbləri müəyyən edilir və başqa bir psixoloji problemin olub olmadığı təsbit edilir. Nəticəyə göre terapiya və konsultasiya dövrü başlayır. Konsultasiya müddətində həm imtahanın və hazırlanma dövrünün effektiv idarə ediləməsi öyrədilir, həm də təsirli olan digər psixoloji problemlərlə bağlı terapiya seansları tətbiq edilir.