Uşaqlarda Davranış Pozuntuları Və Səbəbləri

 In Uşaq Psixologiyası

Davranış pozuntuları cəmiyyətin böyük bir hissəsində görülən, insanın özünə və ətrafına ciddi zərərlər verməsinə səbəb olan qeyri-adi hərəkətlərdir. Davranış pozuntuları müxtəlif zehni və fiziki səbəblərdən asılı olaraq daxili münaqişələri onun davranışlarına köçürən uşağın nəticəsi olaraq baş verir. Sıxıntı, qıcıqlanma, təcavüzkarlıq, inadkarlıq, yalançılıq, oğurluq kimi davranışlar davranış pozuntusuna daxildir.

Bir uşağın davranışının  pozuntu hesab edilməsi üçün bəzi meyarlar tələb olunur. Bu meyarlar:

1-Yaşa uyğunluq: Hər inkişaf dövrünün özünə məxsus davranışları var.
Buna görə, uşağın inkişaf dövrünün xüsusiyyətlərini yaxşı bilmək lazımdır. Məsələn: 2 yaşındakı uşaq aqressivdir, hərəkətlidir və istəniləni etmir, özü istəməsə altının dəyişdirilməsini istəmir, öpülməkdən imtina edir.

3-5 yaşlı uşaqlar diqqəti cəlb etmək istəyirlər. Xəyal dünyası çox geniş olduğundan inanılmaz hekayələr danışa bilir. Hələki yalanla yalan olmayanı fərqləndirə bilmirlər. Bu səbəbdən bu yaşda uşaqların danışdıqlarını  yalan hesab edilmir, lakin  11-14 yaşlı uşaqlarda görülən yalan normaldan uzaq bir davranış hesab edilir.

2-İntensivlik: Bir davranışın pozuntu olaraq qəbul edilməsindəki 2-ci meyar intensivlikdir. Məsələn: 5 yaşındakı uşağın hirs və aqressiyası normaldırsa, bu davranış başqasına fiziki zərər vermə şəklinə dönürsə, davranış pozuntusu kateqoriyasına daxil olur.

3-Davamlılıq: Uşağın müəyyən bir davranış növünü qərarlı bir şəkildə və uzun müddət davam etdirməsidir.

4-Cinsi rol gözləntiləri: Oğlanların qızlara nisbətən daha aqressiv olması gözlənilərkən, davranışları ilə oğlanlara bənzər təcavüzkar davranan qızların davranışları normadan kənara çıxan davranış kateqoriyasına daxil olur.

Ümumi olaraq davranış pozuntularının səbəbləri:

Diqqət çəkmək: Uşağa lazımi sevgi və diqqət göstərilmədikdə və ya kifayət qədər vaxt ayrılmadığında diqqət çəkmək üçün davranış pozuntusuna yönəlir.

Valideynlərə qarşı güc qazanmaq istəyi:

İntiqam almaq arzusu: Xüsusilə döyülən, sevgi verilməyən uşaq valideynlərdən intiqam almaq istəyir. Həddindən artıq avtoritar və repressiv münasibət, sərt intizam valideynlərə qarşı hirs və nifrət hisslərinin inkişafına gətirib çıxarır.

Yetərsizlik: Uşağın özünəgüvənsiz olması davranış pozuntusuna səbəb olur. Ana-atanın  həddindən artıq qoruyucu olması, tolerant davranışı, zəruri olduğundan artıq diqqət göstərməsi  daha çox nəzarət anlamına gəlir. Nəticədə, uşaq digər insanlara çox bağımlı, özünəinamı olmayan, emosional olaraq tez  küsən biri olur. Bu vəziyyət uşağın özünə yetərli olmasına imkan vermir və davranış pozuntusuna səbəb olur.

Davranış pozuntusu olan uşaqlarla ünsiyyət necə qurulur?

Qarşılıqlı hörmət: Tənqid etmək, qışqırmaq, vurmaq, susdurmaq uşağa hörmətsizliyin göstəricisidir. Hər ana-ata uşaqlarına hörmət etməyi öyrənməlidirlər. Hər bir uşağa fərdi şəxs kimi davranmalı, fikirləri soruşulmalı və fikirlərinə hörmət edilməlidir.

Uşağa zaman ayırmaq: Uşaqla maraqlanmaq, vaxt ayırmaq lazımdır. Birlikdə keçirilən zaman kəmiyyət olaraq deyil, keyfiyyət olaraq önəmlidir. Birlikdə uşağın xoşlanacağı fəaliyyətlər edilə bilər.

Cəsarətləndirmə:  Uşağın özünəgüvənli olmasını istəyirsinizsə, əvvəlcə ana-ata uşağa güvənməlidir. Uşağın səylərini tərifləməli və cəsarətləndirilməlidir. Cəsarətləndirmə uşağın özünü dəyərli hesab etməsi üçün çox önəmlidir. Cəsarətləndirmə uşağı olduğu kimi qəbul edib və özü olduğu üçün dəyərləndirilməlidir.

Sevgini ifadə etmək: Uşağın özünü güvənli hiss edə bilməsi üçün ən azından sevildiyini bilməsi və sevməsi lazımdır.

 

 

 

Nigar Quliyeva, Uşaq Psixoloqu

Recent Posts

Leave a Comment