Uşaqlarda Cinsi Tərbiyə

 In Cinsi Terapiya, Uşaq Psixologiyası

Cinsiyyətlə bağlı hər hansı məlumat verildiyi və ya deyildiyi zaman ağla gələn ilk fikir əxlaqi tərəfdən doğru olmayan bir yanaşma olur. Bu fikirlər cinsiyyətlə bağlı sualları verməyə başlayan  uşaqların valideynlərinin ağlına gəlir desək daha düzgün olar. Çünki ilk bu sualları uşaqlar daha çox valideynə verirlər.
– Ana mən dünyaya necə gəlmişəm?
— Mənimki niyə bacımınkinə ( cinsiyyət orqanını göstərərək) və ya qardaşımınkinə bənzəmir?
-Mən necə yarandım?
-Mənim də böyüyəndə sinəm olacaq?  və s.
Bu tipli suallar qarşısında həmişə valideynlər təlaş içinə düşür, necə davranacaqlarını bilmirlər, sualdan qaçırlar, uşağı bir çox halda azarlayırlar (AYIB OLSUN SƏNƏ BU NƏ SUALDI VERİRSƏN) və ya susmağını tələb edirlər.
Əslində bütün bunlar normal inkişaf yəni cinsi inkişafın başlanğıcından xəbər verir.
Hansı ki, 3-6 yaş dövrü cinsiyyətlə bağlı sualların artdığı dövr, cinsi kimliyi tanıma, öz bədənini və başqalarının bədənini fərqləndirməyi başlayan və ən əsası cinsi tərbiyənin verilməsi üçün uyğun olan ən effektiv dövrdür.

Beləki cinsi tərbiyə tualet bacarıqları öyrətmə, cinsiyyətlə bağlı sualları doğru cavablandırma, cinsi kimliyini tanıması üçün düzgün  yanaşma, qadın və kişi kimliyindəki fərqliliklərin başa salınması kimi məsələləri  əhatə edir.
Bunun isə uşağa faydası böyükdür. Uşaq bir çox bacarıqlara yiyələnir:
-Öz bədənini və başqasının bədənini tanımaq və hörmət etmək bacarığı;
-Özünü – cinsi kimliyi  tanıma;
-Cinsi istismar zamanı özünü qoruma bacarığı;
-Erkən yaşda alınan doğru  məlumatların gələcək inkişafa müsbət təsiri;
-Yeniyetməlik dövrünü daha rahat keçirmə.

Önəmli məsələlərdən biri isə valideynlərin özlərinin bu mövzuda doğru məlumatlara sahib olmasıdır. Çünki uşağa cinsi tərbiyə verilərkən mütləq onun yaş və fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Valideynlər buna əslində hər zaman hazır olmalıdırlar. Cünki suallar və cinsiyyətlə bağlı hər hansı bir maraq və öyrənmə istəyi anidən ola bilər. Cinsi tərbiyə verən şəxslər isə  valideynlərdir. Uşaq ilk suallarını elə məhz valideynə verir. Valideynlər bu zaman nə etməli:
Təmkinli olmalı;
Göz kontaktı qurmalı;
Yumşaq səs tonu;
Anlayışlı üz ifadəsi;
Hazır olmadıqları zaman olarsa vaxt istəməli;
Uyğun bir vaxt tapıb izah edilməli;
Utandırılmamalı;
Bədən hissələrinin onlara özəl olduqlarını başa salma;
Onların icazəsi  olmadan başqa birinin  ona toxuna bilməməsini öyrətmə (öpmə, qucaqlama və s.);
Başqasının və özünün bədən sərhədlərini (xüsusi bölgələr) tanıması;
Pis (xoş olmayan) və yaxşı ( xoş olan)  toxunuşları ayıra bilməsini öyrətmə;
Kitablardan istifadə etməli;
Cinsiyyətlə bağlı suallara doğru cavab verməli;
Məs:
Uşaq: “Ana mən necə oldum ”
Ana: ” Mənim qarnımda olan  yuvada idin, sonra sən böyüdün və yuvada balaca dəlikdən günün birində  çıxdın ”

Odur ki, uşaqların digər  inkişaf sahələri önəmli olduğu kimi cinsi inkişaf da diqqətdə saxlanılmalı və lazımi zamanlarda doğru yanaşılmalı və məlumatlandırılmalıdır. Bununla bağlı narahatlıq ortaya çıxarsa mütəxəssislərdən dəstək alına bilər.

 

Ülkər Ağayarova, Uşaq və Yeniyetmə Psixoloqu

Recent Posts

Leave a Comment