UŞAQ PSİXOLOGİYASI

İNKİŞAF TERAPİYASI

Uşaq Psixologiyasının əsası olan İnkişaf terapiyası, uşaqların 18 yaşına qədər inkişaflarını diqqət mərkəzində saxlayır və bu mərhələdə inkişaf problemlərinin terapiyasını və reabilitasiyasını əhatə edir. Uşaqların inkişafı sadəcə fiziki inkişafla məhdud olmayıb, nitqin inkişafı, sosial adaptasiya, motor bacarıqlarının inkişafı, psixoseksual və koqnitiv inkişaf kimi müxtəlif sahələrlə birgə düşünülməlidir. Son dövrlərdə inkişaf pozuntuları adı altında bir çox diaqnoz geniş yayılmağa başlamışdır. Bu pozuntuları yaşayan uşaqlar bacarıqlarını göstərməkdə çətinlik yaşayırlar. Bununla yanaşı, nevroloji və xromosom pozuntuları ilə bağlı xəstələiklər yaşayan uşaqlarda qabiliyyət itkiləri ortaya çıxır. İnkişaf terapiyası, hər iki halda uşaqların qarşılaşdıqları çətinliklərin və ləngimiş bacarıqların mümkün olan səviyyəyə qədər reabilitasiyasını hədəfləyir. İnkişaf terapiyasının tətbiq olunduğu hallar:

  • Nitq pozuntuları
  • Koqnitiv / Zəka problemləri
  • Autizmin spektr pozuntuları
  • Geniş yayılmış inkişaf pozuntuları
  • Sensomotor pozuntular
  • Diqqət catışmazlığı və hiperaktivlik pozuntusu
  • Davranış pozuntuları
  • Sosial fobiya (Sosial Həyəcan Pozuntusu)
  • Görmə və eşitmə ilə bağlı problemlər
  • Motor pozuntuları
  • Akademik uğursuzluq

UŞAQ PSİXOTERAPİYASI

Uşaqların yaşadıqları emosional və davranış problemlərinə fokuslanan uşaq terapiyası geniş dairədə psixoloji problemləri əla alan və müxtəlif metodlarla bu problemlərin terapiyasına istiqamətlənən psixoterapiya sahəsidir. Uşaqlar da ən az böyüklər qədər psixoloji problemlərlə üzləşirlər. Böyüklərdən fərqli olaraq uşaqlar problemlərini sadəcə sifahi olaraq ifadə etməzlər. Bu baxımdan uşaqlarla aparılan pxisoterapiyalar sadəcə şifahi metodlarla limitli deyil.
Uşaqlarda görülən psixoloji problemlər:

A. Emosional Pozuntular

  • Uşaqlıq depressiyası
  • Dipolyar pozuntu
  • Distimiya (kronik depressiya)

 

Anksiyete (Həyəcan) Pozuntuları

  • Obsessiv kompulsif pozuntu
  • Sosial fobiya (sosial həyəcan pozuntusu)
  • Spesifik fobiyalar
  • Posttravmatik stress pozuntusu
  • Panik atak

 

Yuxu Problemleri

Somatoform Pozuntular

Yemə Pozuntuları

  • Anoreksiya nevroza
  • Bulimiya nevroza
  • Həddindən artıq yemə pozuntusu

 

Cinsi Şəxsiyyət Pozuntuları

Diqqət Çatışmazlığı və Hiperaktivlik Pozuntusu

Məktəblə Bağlı Problemlər

  • Məktəbə getməmə
  • Ayrılıq anksiyetesi
  • Akademik problemlər
  • Adaptasiya problemləri

 

Digər Sosial, Emosional və Davranış Problemləri

OYUN TERAPİYASI

Uşaqlar böyüklər qədər hisslərini və düşüncələrini göstərməzlər və özlərini rahatlıqla ifadə etməzlər. Alternativ qarşılıqlı əlaqə ehtiyacından əmələ gələn oyun terapiyası sayəsində uşaqlar kəlmələri işlətmək yerinə oyun və oyuncaqlar vasitəsi ilə, özlərini ifadə edə bilməyi, gündəlik həyatlarında başa çıxa bilmədikləri probleməri həll etməyi və neqativ davranışlarını dəyişdirə bilməyi öyrənirlər. Oyun terapiyasının məqsədi uşağın özünü emosional olaraq yaxşı hiss etməsini təmin etməkdir. Uşağın normal inkişafına təsir edən emosional, davranış və psixoloji problemləri aradan qaldırmaq və problemin böyüməsinə əngəl olmaqdır. Oyun terapiyaları müəyyən yaş qrubundakı uşaqlarla, bir və ya birdən çox uşağın iştirakı ilə həyata keçirilir. Bundan əlavə bəzən valideynlərin də terapiyada iştirak etməsi lazım gəlir.

MƏŞĞULİYYƏT TERAPİYALARI

Məşğuliyyət terapiyası psixoloji problemlərin terapiyası, sosial və gündəlik həyat bacarıqlarının yaxşılaşdırılması məqsədi daşıyan müəyyən fəaliyyətlərin terapevtik istifadəsidir. Məşğuliyyət terapiyasında əsas qayə şəxslərin gündəlik həyat fəaliyyətlərində iştirak etməsini təmin etməkdir. Erqoterapiya olaraq da bilinən məşğuliyyət terapiyası musiqi, rəsm, ebru, rəqs və s. fəaliyyətlərdən ibarətdir. İştirakçıların sayı fərqli olsa da məşğuliyyət terapiyası fərdə fokuslanır və fərdin reabilitasiya müddəti, məmnuniyyəti və gördüyü fayda ön planda tutulur.

XÜSUSİ TƏDRİS

Nevroloji inkişaf pozuntuları, genetik pozuntular və psixiatrik pozuntular kimi müxtəlif səbəblərlə, fərdi xüsusiyyətləri və tədris istedadları baxımından yaşıdlarından gözləniləndən daha çox fərqlilik göstərən fərdlərə tətbiq olunur. Xüsusi Tədris bu fərqlilikləri minimuma endirmək və problemli bacarıqların reabilitasiyası məqsədi daşıyır. Xüsusi Tədris, bu fərdlərin tədris və sosial ehtiyaclarınl ödəmək üçün xüsusi olaraq yetişdirilmiş personel, inkişaf etdirilmiş tədris proqramları və metodları ilə onların fərdi istedadlarına bağlı, inkişaf xüsusiyyətlərinə müvafiq mühitlərdə aparılan tədrisdir.