UŞAĞINIZ HİPERAKTİVDİRMİ?

 In Uşaq Psixologiyası

Uşaqların çox hərəkətli olması diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu mövzusunda ailələri təşvişə salır. Halbuki 7-8 dəqiqəlik bir testlə uşağın hiperaktiv olub olmadığını öyrənmək mümkündür.
Məktəb həyatına, ailə həyatına, sosial əlaqələrə mənfi təsir göstərən hiperaktivliyin erkən diaqnozu və müalicəsi çox önəmlidir. Xüsusilə uşaqlığın ilk illərində ortaya çıxan diqqət çatışmazlığı və hiperaktivlik pozuntusunu praktik bir testlə müəyyən etmək olar.

ÇOX HƏRƏKƏTLİLİK VƏ NARAHATLIQ

Uzman Psixoloq Sevda Sevimli Yurtseven, hiperaktivliyin əsas xüsusiyyətlərini belə sıralayır: davamlı və sürəkli diqqət müddətinin qısalığı, uşaq əngəlləndiyi zaman ortaya çıxan çox hərəkətlilik ve narahatlıq.

ERKƏN DİAQNOZ ÇOX ƏHƏMİYYƏTLİDİR

Yurtseven, 3 yaşında xəstəliyin əlamətlərinin ortaya çıxdığını və ümumi olaraq ibtidai məktəb illərində tam diaqnozun qoyulduğu qeyd edir. Təbii ki son vaxtlarda testlərin inkişaf etməsi ilə erkən diaqnoz imkanları yaranır.

LAZIMSIZ MƏCBUR ETMƏMƏLİ

Diqqət çatışmazlığı və hiperaktivlik olan uşaqların əsas hissəsi “bilərək və istəyərək edir” düşüncəsi ilə lazımsız yerə nəsə etməyə məcbur edilir və təzyiqə məruz qalır. Problem, məktəb həyatının başlaması ilə daha da dəqiqləşir. Erkən diaqnoz, uşağa necə kömək ediləcəyi və dəstək olunacağı baxımından önəmlidir.

BU ƏLAMƏTLƏRƏ DİQQƏT EDİN

– Çox hərəkətlilik və yerində dura bilməmə
– Bir yerdə oturmaqda çətinlik
– Diqqətini davam etdirməkdə çətinlik
– Diqqətin tez dağılması
– Tez tez əşyalarını itirmə
– Sualı axıra qədər dinləmədən cavab vermə
– Qaydalara riayət etmədə çətinlik
– Səssicə oynaya bilməmə
– Oyunlarda növbəsini gözləməmə
– Bir fəaliyyət i bitirmədən digərinə keçmə
– Çox danışma, həmişə məşğul olmağa nəsə tapma
– Təhlükəli fəaliyyətlərlə məşğul olma

İNADKARLIQ VƏ TOLERANTSIZLIQ

Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu olan uşaqlar ümumiyyətlə əsəbi olurlar və təşviş pozuntuları yaşayırlar. Etiraz etmə, tolerantsızlıq, inadkarlıq və özünə inamın az olması ən əsas xüsusiyyətlərdir. Bu xüsusiyyətlərə görə dostları hiperaktiv uşaqlarla oynamaq istəmirlər.

Recommended Posts

Leave a Comment