Selektiv Mutizmin Növləri

 In ⁠⁠⁠Anksiyete, Nitq Terapiyası, Nitq və Danışma, Sosial Fobiya, Uşaq Psixologiyası

Uşağın danışa bildiyi halda danışmaqdan imtina etməsi psixoloji bir problemdir və bu selektiv mutizm (seçici susma) adlanır. Səssiz, susqun mənasına gələn mutizm Latın dilində “mutus” ifadəsindən yaranıb.

Bu problem ədəbiyyatda yüz ildən artıqdır ki,  fərqli adlarla adlanır. İlk qeydlər 1877-ci ildə alman həkimi Kussmaul tərəfindən aparılmışdır. O, bu problemi heç bir danışma qüsuru olmamasına baxmayaraq ,bəzi insanların müəyyən yerlərdə danışmaması olaraq ifadə etdi. 1934-cü ildə isveçrəli uşaq psixiatrı Mortiz Tramer görülən əlamətlərə selektiv (seçici) mutizm adını verənə qədər bu xəstəlikdən heç bir adı olmadan bəhs edildi.

Selektiv mutizm və ya seçici susqunluq uşağın məktəb kimi bəzi mühitlərdə danışmamaq və ünsiyyət qurma bacarıqlarının istifadə etməməsi şəklində xarakterizə edilən, əslində olduqca mürəkkəb təşviş pozuntusuna verilən addır. Seçici susqunluq diaqnozu qoyulmuş uşaqların 90 %-indən çoxunun eyni zamanda sosial fobiyaları və təşvişləri də müşahidə olunur. Olduqca çətin və sıxıntılı vəziyyət olan selektiv mutizmdən əziyyət çəkən uşaqlar sadəcə özlərini rahat və güvəndə hiss etdikləri mühitdə danışıb ünsiyyət qura bilirlər.

Selektiv mutizm ilə travmatik mutizm arasında fərq nədir?

Selektiv mutizmli uşaqlar bir və ya bir neçə yerdə danışmamağı seçir, ümumiyyətlə danışmamağı seçənlər isə yox deyiləcək səviyyədədirlər. Bəzilərinin  danışmasına temperamenti, sosial təşviş pozuntuları maneə yaradır. Bu uşaqlar gözlənti və sosial təzyiqin özlərində yaratdığı qorxulardan özünümüdafiə məqsədi ilə danışmamağı seçirlər.

Travmatik mutizmli uşaqlar isə ümumiyyətlə birdən-birə və heç bir şərtsiz danışmamağa başlayırlar. Belə uşaqlara ailələrindən birisinin itkisinə şahid olmuş travmatik hadisədən sonra heç danışmaması nümunə ola bilər.

Selektiv mutizm alt qruplara bölünür: Bunlar orqanik mutizm və funksional mutizmdir.

Orqanik mutizm mərkəzi sinir sistemindəki pozuntudan qaynaqlanır, psixoloji bir mənbəyə sahib deyil. Məsələn: serebral iflic olan bir uşaqda orqanik mutizm görülə bilir. Funksional mutizm isə alt qruplar tərəfindən müəyyən olunur. Bunlar:

Simbiotik mutizm

  1. Uşağın özünə baxan ilə (adətən ana) qurduğu simbioz münasibət
  2. Adətən ana və atadan biri ünsiyyətə hakimdir və nəzarət edir.

Reaktiv mutizm

  1. Bu mutizmlə bir çox emosional reaksiyalar bağlıdır.

Passiv aqressiv mutizm

  1. Uşaq mutizmi nəzarət mexanizması kimi istifadə edir.
  2. Adətən anti sosial davranış nümayiş etdirir.
  3. Mənfi reaksiya olaraq danışmır.

Danışmaq fobiyası

  1. Öz səsini eşitmə qorxusu
  2. Uyğun olmayan söz demək qorxusu
  3. Danışmasına nəzarət etməyə məntiqsiz şəkildə ehtiyac bilmə.

Mutizm davametmə müddətinə görə müvəqqəti və davamlı ola bilir.

Müvəqqəti mutizmin xüsusiyyətləri:

  • Uşaq adətən 5 yaşdan kiçikdir.
  • Danışmama davranışı yalnız bir mühitdə görülür.
  • Problemin başlanğıcı 6 aydan uzun deyil.
  • Danışmama davranışı davamlı deyil. Uşaq bəzən danışır.

Davamlı mutizmin xüsusiyyətləri:

  • Mutizm 6 aydan uzun bir vaxtdır ki, davam edir.
  • Uşaq adətən 5 yaşdan böyükdür.
  • Danışmama davranışı davamlıdır.
  • Danışmama davranışı birdən çox mühitdə görülür.

 

 

 

 

Nigar Quliyeva, Uşaq Psixoloqu

Recent Posts

Leave a Comment