PSİXOMETRİK QİYMƏTLƏNDİRMƏ

PSİXOMETRİK QİYMƏTLƏNDİRMƏ

Psixometriya insanların zehni funksiyalarını, mənəvi vəziyyətlərini, davranışlarını, emosiyalarını və digər psixoloji proseslərini ölçən psixologiya sahəsidir. Psixometrik qiymətləndimə, bu məqsədlə inkişaf etdirilən testlərlə həyata keçirilir. Psixometrik testlər standartlığı və obyektivliyi qəbul olunmuş ölçmə vasitələridir.
Psixometrik testlər bizə bir insanın psixoloji vəziyyəti haqqında diaqnostik məlumat verir. Psixometrik testlər şəxsiyyətin daha əsaslı olaraq qiymətləndirilməsinə kömək edir. Bu gün psixometrik testlərdən müxtəlif məqsədlər üçün bir çox sahələrdə istifadə edilir.

Diaqnostika və Qiymətləndirmə Bölməmizdə İstifadə Olunan Psixometrik Vasitələr

  • WISC-R
  • Stanford-Binet
  • WAIS
  • CDR
  • Stroop Test

NEVROPSİXOLOJİ QİYMƏTLƏNDİRMƏ

Diaqnostika və Qiymətləndirmə Bölməmizdə İstifadə Olunan Psixometrik Vasitələr

  • WISC-R
  • WAIS
  • CDR
  • Stroop Test

PSİXOLOJİ İNKİŞAF TƏQİB PROQRAMI

Uşaqlar bir birindən fərqli şəkildə böyüyür və inkişafları boyunca fərqli davranış formaları ortaya qoyurlar. Bununla yanaşı, uşağınızın ilk gülümsəməsi, ilk addımı, ilk kəlmələri həm vaxt olaraq həm də forma olaraq başqa uşaqlardan fərqlilik göstərə bilər. İnsanın həyatı boyunca qət etdiyi inkişaf mərhələləri sadəcə uşaqlıq və yeniyetməlik dövrlərində sabitdir deyilə bilər. Aidiyyəti üzrə kifayət qədər elastik olan bu mərhələlərin zamanında və gözlənildiyi kimi yaşana bilməməsi inkişaf baxımından bəzi ipucları ortaya çıxarda bilər. İnkişaf baxımından ortaya çıxan pozuntular vəya ləngimələr vaxtında və erkən təsbit edildiyində lazım olan müdaxilələrlə düzəldilə bilər.
İnkişaf mütəxəssisləri həm müşahidəyə bağlı olaraq həm də müasir inkişaf inventarlarının köməyi ilə inkişaf pozuntularını təyin edə bilməkdədir. Bir sıra inkişaf etmiş ölkələrdə İnkişaf Yoxlaması (Developmental Screening) adıyla bu cür müayinə və qiymətləndirmələr məcburidir. İnkişaf Yoxlaması pediatr, uşaq və yeniyetmə psixiatrı, uşaq və inkişaf terapevti kimi mütəxəssislər tərəfindən tətbiq olunur. Ameika Pediatrlar Akademiyası inkişaf yoxlamasını hər uşaq üçün 9-cu ay, 18-ci ay, 24-cü ay və 30-cu aylarda tətbiq olunmasını və bu dövrlər üçün keçərli olan standardların ödənilib ödənilməməsinin təyin olunmasını tövsiyyə edir.
İnkişaf yoxlaması / qiymətləndirməsi nəticəsində nəyi təsbit edə bilərik?

  • Autizm və başqa geniş yayılmış inkişaf pozuntuları
  • Mental retardasiya (Əqli gerilik) və başqa intellekt pozuntularıar
  • Daun sendromu, Angelman sendromu, DiGeorge sendromu və başqa xromozom pozuntuları
  • Serebral Palsi və digər motor və hərəkət pozuntuları
  • Nitq Pozuntuları
  • Diqqət catışmazlığı və hiperaktivlik pozuntusu
  • Disleksiya və digər spesifik öyrənmə problemləri
  • Digər nevrolji inkişaf pozuntuları
  • Sosial, emosional və koqnitiv bacariq itkisinə səbəb olan pozuntular
  • Erkən dövrdə ortaya çıxan psixoloji problemlər

Meduna Psikologiya Mərkəzi inkişaf pozuntularının erkən diaqnozu və vaxtında müdaxiləsi üçün Psixoloji İnkişaf Təqib Proqramını başlatmışdır. Bu proqram içərisində uşaqların müəyyən yaşa qədər periodik olaraq inkişaflarının qiymətləndirilməsi və valideyn tərəfindən gözdən qaça biləcək inkişaf və mənəvi problemlərin vaxtında müəyyən olunması hədəflənməkdədir.

PSİXOLOJİ CHECK-UP

Son illərdə xüsusilə üstündə durulan bir klinik təcrübə olaraq psixoloji check uplar həm erkən diaqnoz baxımından həm də qoruyucu psixoloji sağlamlığının daha davamedici olması baxımından əhəmiyyətlidir. Bir çox psixoloji problemin gündəlik həyatda qarşılaşa biləcəyimiz xarici faktorlar tərəfindən tətiklənməsi reallığı bizi psixoloji sağlamlığımızı və psixoloji vəziyyətimizi davamlı olaraq kontrol altında saxlamağa yönləndirir.
Psixoloji check up-lar təkrarlılıq göstərən və çox sıx görülən anksiyete (həyəcan) və emosional əlamətlərə fokuslanan qısa yoxlama əməliyyatıdır. Psixiatr və ya psixoloqlar tərəfindən tətbiq olunan check uplar ümumi psixoloji vəziyyətin xəritəsini ortaya çıxarır.
Psixoloji check up qoruyucu məqsədlə tətbiq olunur və vaxtında müdaxilə imkanı yaradır. Yenə də psixoloji check uplar sadəcə patoloji psixoloji sağlamlıq problemlərini ortaya çıxarmaz eyni zamanda psixoloji vəziyyətinizi, zehni performansınızı, gündəlik həyata mane ola biləcək emosiya və düşüncələrinizi də müəyyən edə bilər.