Panik atak ürək döyüntüsü, tərləmə, sinədə ağrı və sıxışma, titrəmə, ürək bulanması, baş gicəllənməsi kimi fiziki əlamətlərin normaldan daha çox hiss edildiyi bir vəziyyətdir. Bununla yanaşı idarəni itirmə, dəli olma və ya ölüm qorxusunun yaşandığı bir prosesdir. Bu əlamətlərin anidən və sürətli bir şəkildə başlaması bu durumu atak olaraq adlandırmağa imkan verir. Atak ümumiyyətlə 10-20 dəqiqə çəkir, bəzən 2-3 dəqiqə nadir hallarda isə 1 saatdan çox olur.

Panik atak müəyyən bir vəziyyətə reaksiya xüsusiyyəti daşımırsa və zamanla yenilənirsə Panik Pozuntu üstündə durulur. Panik Pozuntu digər psixiatrik pozuntularla bərabər ola bildiyi kimi ümumiyyətlə anksiyete pozuntusu diaqnozu daşıyan insanlarda daha çox görülür. Bununla yanaşı panik pozuntu müalicə edilmədiyi zaman başqa psixoloji problemlərə və maddə sui istifadəsinə gətirib çıxara bilər.

Panik pozuntu dərman müalicəsi və psixoterapiyalarla müalicə edilə bilən bir pozuntudur. Panik pozuntunun əhali içərisində yayğınlığı 1.5-3.5% arasındadır. Panik pozuntu qadaınlarda kişilərə görə 2-3 qat daha çox olur. Araşdırmalar effektiv bir müalicə sonrasında xəstələrin 80%-nin artıq Panik Atak yaşamadığını göstərir.

Panik Atak Əlamətləri Nələrdir?

• Ürək döyüntüsü və sinə ağrısı
• Nəfəs almaqda çətinlik
• Özündən gedəcəkmiş kimi hiss etmə
• Tərləmə
• Mədədə narahatlıq, ürək bulantısı hiss etmə
• Titrəmə va halsızlıq
• İdarəni itirmə qorxusu
• Ətrafı realdan fərqli idrak etmə
• Dəli olma və ya ölüm qorxusu