NİTQ TERAPİYASI

NİTQ TERAPİYALARI

İnsana xas yeganə qabiliyyət olan danışmaq və ünsiyyət qurmaq əngəlləndiyi zaman insanda sosial, emosional və idrakla bağlı bir çox problem ortaya çıxır.

Nitq terapiyası həyat boyu ortaya çıxa biləcək və insan həyatına bir çox cəhətdən  mənfi təsir edə biləcək ünsiyyət qurma, nitq, danışma, səs və udma pozuntularına əngəl olma, diaqnoz, qiymətləndirmə, müalicə, və reabilitasiya məqsədilə xidmət edən bir sahədir.

Şifahi ünsiyyət qurmağın əngəllənməsinə səbəb olan bəzi nitq və danışma pozuntuları inkişafla bağlı müəyyən bir səbəbə bağlı olmadan ortaya çıxa bilər. Bununla yanaşı, eşitmə problemi, Autizm spektrli pozuntular, koqnitiv pozuntular, Uşaq Serebral Palsi, Daun sendromu və s. nevrotik inkişaf pozuntularına və bir çox xarici amillərə əlaqədar olaraq ortaya çıxa bilər. Nitq və danışma sadəcə uşaqlarda deyil eyni zamanda böyüklərdə də görülür.

Nitq terapiyası hansı problemlərin reabilitasiyasında tətbiq edilir:

  • Nitqin gecikməsi
  • Kəkələmə
  • Autizmə bağlı nitq problemləri
  • Artikülasiya pozuntuları
  • Fonotek pozuntular
  • Udqunma ilə bağlı nitq qüsurları
  • Afaziya və sonradan qazanılmış nitq pozuntuları
  • Motor danışma pozuntuları
  • Taxilaliya (Həddindən artıq sürətli danışma)
  • Eşitmə ilə bağlı nitq qüsurları
  • Dodaq və damaq quruluşuna bağlı nitq qüsurları