İngilis dilindəki “no mobile phobia”dan yaranan “nomofobiya” yəni mobil telefondan məhrum qalma qorxusu, xüsusilə sosial şəbəkələrdə daima vaxt keçirtmək istəyən gənclərə təsir edir.
2008-ci ildə “nomofobiya” terminin ilk olaraq ortaya çıxdığı İngiltərədə 1000-dən çox mobil telefon istifadəçisinin iştirakı ilə edilən araşdırmada, sualları cavablayanların 66%-i mobil telefonlarını itirmək düşüncəsinin onları “çox sıxdığını” ifadə ediblər.
Bu nisbətin 18-24 yaş arasındakı gənclərdə 76%-ə çatdığını göstərən və mobil telefonlar üçün təhlükəsizlik tədbirləri inkişaf etdirən SecurEnvoy adlı şirkət tərəfindən aparılan araşdırmada iştirak edənlərin 40%-i iki mobil telefon sahibi olduğunu bildirib.
Fransa’da aparılan oxşar bir araşdırmada fransızların 22%-nin mobil telefon olmadan bir gün keçirməyi “imkansız” olduğunu ifadə edib. Bu nəticənin 15-19 yaş arasındakı gənclərdə 34%-ə çatması diqqət çəkir.
Mingle şirkəti tərəfindən 1500 mobil telefon istifadəçisinin iştirakı ilə aparılan araşdırmada, sualları cavablayanların 29%-i mobil telefonlarından 24 saatan artıq əl çəkə biləcəklərini, “amma bunun çox çətin” olacağını deyərkən, 49%-i bunun problem olmayacağını deyib.
Son 10 ildir keçirilən “Dünya mobil telefonsuz günü”nün meneceri Phil Marso, “Ağıllı telefonlardan asılı insanları başa düşmək olar çünkü hər şeyləri, bütün həyatları onun içərisində. Təsadüfən mobil telefonları xarab olar və ya itirərlərsə özlərini dünyadan tamamilə qopmuş kimi hiss edirlər.” dedi.