Memora Psixologiya Mərkəzi 2011-ci ilin sentyabr ayından etibarən müxtəlif nevropsixiatrik pozuntulardan əziyyət çəkən uşaqların reabilitasiyası istiqamətində fəaliyyət göstərir. 2015-ci ildən etibarən mərkəz, Meduna Psikolojinin şöbəsi olaraq Meduna Psixologiya Mərkəzi adı altında fəaliyyət göstərir.

Mərkəzdə Autizm, Asperger sindromu və s. inkişaf pozuntuları, Daun sindromu, DiCorc sindromu və s. xromosom pozuntuları, Uşaq Serebral İflici kimi nevroloji pozuntular və Mental Retardasiya (Əqli İnkişafdan Gerilik) kimi nevropsixiatrik pozuntulardan əziyyət çəkən uşaqların reabilitasiyası aparılır.

Reabilitasiya fəaliyyəti, əksəriyyəti xarici ölkələrdə təhsil almış mütəxxəsislər tərəfindən həyata keçirilir. Medunada reabilitasiya və xüsusi tədris xidməti psixoloqların, loqopedlərin və fizioterapevt həkimlərin əməkdaşlığı ilə verilir.

Reabilitasiya və xüsusi tədris xidmətinin məqsədi əqli, fiziki, emosional, sosial və nitq qüsurları olan uşaqların bu qüsurlarını minimum səviyyəyə endirmək, digər qabiliyyətlərini inkişaf etdirmək və onların sosial həyata adaptasiyasını təmin etməkdir. Bu istiqamətdə mərkəzimizdə, ABA, MONTESSORI, PECS, PORTAGE və TEACHH kimi beynəlxalq proqramlardan istifadə olunur.