Günümüzün Həyəcanlı İnsanı

 In Uşaq Psixologiyası

Psixologiyada təşviş adlandırılan həyəcan təhlükəli vəziyyətlərdə “bədənə meydan oxumağa hazır olmasını xəbər verən” siqnaldır. Əslində həyəcanlanmaq gündəlik həyatda problemlərlə mübarizə etmək və həyati hadisələr qarşılaşdıqda tez qərar vermək üçün lazımlıdır.

Həyəcan pozuntusu isə həyəcan duyğusunun bir təhlükə olmadıqda özünü göstərməsi, uzun müddət davam etməsi və çox güclü hiss edilməsidir ki, belə bir vəziyyətdə müalicə mütləqdir. Həyəcan pozuntusu olan insanlar sosial həyatda başqa insanlar ilə olan münasibətlərində də problem yaşayırlar.

Həyəcanı olan insanlar çox zaman narahatlığın verdiyi gərginliyi hiss edirlər. Ancaq özlərinə nəzarət edə bilmir və sakitləşməkdə çətinlik çəkirlər. Vəziyyət bu səviyyəyə çatdıqda insanın sağlam həyat yaşaması üçün müalicə olması mütləqdir.

Karen Horney bu günümüzün insanını necə izah edir: “Həyəcanları səbəbindən davranışları, şəxsiyyəti nevrotik xüsusiyyətlər qazanmış şəxs!”

İnsanın gündəlik narahatlıqları üçün o qədər çox səbəb var ki…

Özümüzlə əlaqədar narahatlıqlar, ətrafımızla bağlı narahatlıqlar, bəzən dünyanın gedişatı ilə bağlı narahatlıqlar bizi heç vaxt rahat buraxmır.

Müəyyən bir müddət hər birimizi əhatə edən “zəlzələ həyəcanı” demək olar ki, real bir psixi sağlamlıq problemi halına gəldi. Hamımız zəlzələ ilə daha ətraflı maraqlanmağa başladıq, zəlzələ hansı ərazilərdə gözlənilir, neçə bal olacağı, nələrə səbəb olacağı kimi suallar həyəcanın yaranmasına səbəb olur.

Zəlzələ olub keçsə də onla bağlı narahatlıqlar bizim daxilimizdə uzun müddət qalır.

Ama daim həyəcanla yaşamaq da mümkün deyil. Əslində həyəcanla yaşamaq dünyanın ən çətin işidir. Onun üçün də insanlar “həyəcandan qurtulmanın” yollarını axtarırlar.

Həyəcandan xilas olmaq üçün həm intellektual zəkanın, həm də emosional zəkanın bu mövzuda öyrədilməsi faktı “narahatlıqları pozitiv yaşamağa” yönləndirir.

Bunu etmək üçün “dörd addımlı bir strategiya” tətbiq edilməlidir:

  1. Addım: Həyəcanı tanımaq, varlığını bilmək.
  2. Addım: Həyəcanı yaradan faktlar, vəziyyətlər, insanlar ilə bağlı olaraq müxtəlif variantlar yaradın.
  3. Addım: Bu variantlardan istifadə edərək nə etməyə qərar vermək.
  4. Addım: Qərara əsasən hərəkətə keçmək və məsuliyyət daşımaq.

Hər vəziyyət üçün özünəməxsus “ediləcək işlər proqramı”  fərqli olacaq. Ancaq bir çox insan üçün “həyəcandan xilas olmaq” asan deyil. Bu halda insanlar özləri üçün “həyəcanın verəcəyi sıxıntı və acılardan qurtulma yolları” olaraq 4 əsas yol seçirlər. Karen Horneyin üzərində durduğu 4 əsas üsul bunlardır:

  1. Həyəcanı yaradan faktı rasionallaşdırmaq:

Övladımızın qızdırması qalxdığı zaman narahat oluruq. Bir tərəfdən də  uşaqların qızdırmasının tez düşdüyünü, həmin an təlaşlanacaq bir şey olmadığını bilirik, ama həyəcanlanmadan da qala bilmirik. Bu həyəcanı rasionallaşdıraraq övladımızın qızdırmasının qalxmasının çox pis bir xəstəliyin işarəsi ola biləcəyini düşünür və həyəcanımıza haqlı səbəb tapırıq. Bir çox narahatlığımızı bu ölçüdə rasionallaşdıraraq “həyəcanımızın bizdə yaradacağı sıxıntını haqlı hesab etməyə” çalışırıq.

  1. Həyəcanın varlığını inkar etmək:

İnsanlar özlərində həyəcan yaradan hər hansı bir vəziyyəti  “inkar edərək” bu həyəcandan qurtulmağa çalışırlar. İş yerində hər kəs üçün “işdən kənarlaşdırılma” riskinin yaratdığı həyəcanı “mənim üçün heç bir şey yox” deyib inkar edərək uzaqlaşdırılır. Bu yolla “inkar edərək xilas olmağa çalışdığımız” bir çox narahatlığımız var. Burada önəmli bir məsələ də təhlükənin yaratdığı həyəcan nə qədər yüksəkdədirsə, inkar etmək də o qədər şiddətlidir.

  1. Həyəcanı azaltmaq üsulları:

Bu üsulların başında ən çox bilinən “spirtli içkidən istifadə”, “maddə istifadəsi” gəlir. Dünyada alkoqol və narkotik maddələrin istifadəsinin artımı həyəcandan xilas olma ilə birbaşa əlaqəlidir. Ancaq azaltma yolları təkcə bunlardan ibarət deyil.

İşə həddindən artıq bağlı olmaq da həyəcan azaltmanın ən çox istifadə olunduğu metoddur. Şənbə və bazar günləri də işləmək, tətildən istifadə etməmək, işə həddindən artıq aludə olmaq həyəcan azaltmanın geniş yayılmış üsullarındandır.

Ehtiyac olduğundan artıq yatmaq da həyəcan azaltma yollarındandır. Burada diqqəti çəkən çox yatdığı halda insanın istirahət etməmiş olmasıdır.

  1. Həyəcanı artıran hər şeydən qaçmaq:

Cəmiyyətdə bu metodun sıx göründüyü nümunələr “məndə nəsə taparlar” həyəcanı ilə lazım olduqda həkimə getməmək, diş həkimindən qaçmaq və s. Bir çox insanlar etməsi lazım olan işləri hiss etdiyi həyəcan səbəbindən etməz vəziyyətinə gəlməkdədirlər.

 

 

 

Nigar Quliyeva, Uşaq Psixoloqu

Recent Posts

Leave a Comment