MÜALİCƏVİ İDMAN TERAPİYASI

MÜALİCƏVİ İDMAN TERAPİYASI

Fizioterapiyanın əsas üsullarından olan Müalicəvi İdman Terapiyasının tarixi Hippokratdan daha qədimdir. Bu terapiya, insan orqanizmində həm sağlam halda həm də xəstəlik dövründə fizioloji və patofizioloji proseslərin axınına təsir edən güclü vasitədir.
Müalicəvi idmanın məqsədi xəstəliklərin və travmaların müalicəsi, eləcə də onların kəskinləşməsi və fəsadlaşmasının profilaktikasını təmin etməkdir. Bununla yanaşı, Uşaq Serebral İflici, Autizmin spektr pozuntuları olan uşaqlarda psixoloji təlimin sürətlənməsində böyük rol oynayır.
Səhər gigiyenik gimnastikası, müalicəvi gimnastika proseduru, fərqli sistematik idman hərəkətləri toplusu və idman oyunları Müalicəvi İdman Tearapiyasının əsasını təşkil edir. Uşaqlar və körpələr üçün müalicəvi idman terapiyası oyun şəklində aparırlır ki müalicə üçün lazım olan hərəkətləri uşaqlar etiraz etmədən yerinə yetirsinlər. Buna, yastıayaqlılıq və pəncənin digər xəstəliklərinin müalicəsində kələkötür yerdə uşağa intensiv yerimə və qaçma hərəkətlərini etdirmək üçün onunla dənizkənarı qum üzərində oyun oynamağı nümunə göstərmək olar. Müalicəvi İdman Terapiyasını mütləq mütəxəssis iştirakı ilə yerinə yetirmək lazımdır. Əks təqdirdə yersiz istifadə edilmiş hərəkət və ya hərəkətlər toplusu saglamlığa ciddi zərər verə bilər.
PS: Eramızdan əvvəl Çində işgəncə etmək üçün insanları çox dar bir otağa qoyaraq onların fiziki aktivliyini əlindən alırdılar. Müasir dünyada isə bu işi komputerlər öz öhdəsinə götürüb

MÜALİCƏVİ MASAJ

Müalicəvi masaj, bir çox diaqnozların reabilitasiyası üçün istifadə olunur. Bu terapiya, əzələ ağrılarının, gərginliyinin azaldılmasına, əzələnin itirilmiş funksiyalarının bərpasına və həyat keyfiyyətinin yaxşılaşmasına kömək edir.
Masajın texnika və növündən asılı olaraq impuls axını mərkəzi sinir sisteminə ötürülərək onun tonusunu artırır və ya tormozlayıcı təsir göstərib orqanizmin bütün fizioloji sisteminə rahatladıcı, sakitləşdirici və bərpaedici təsir göstərir.
Effektin güclənməsi üçün müxtəlif tərkibli yağlar, müalicəvi gel və kremlər eləcə də müxtəlif cihazlardan istifadə edilə bilər. Müvafiq xəstəliklərdə tərkibi düzgün seçilmiş yağların tətbiqi zamanı aparılmış masaj seansı daha effektli və təsiri daha uzun müddətli olur.
Masajın texnikası, növü, davametmə müddəti və seans sayı pasientlərin diaqnozuna,şikayətlərinə, xəstəliyin şiddətinə və s. görə təyin edilir.

PİLATES

Pilates sistemi bədənin bütün nahiyə və orqanlarına yönəldilə bilən ritmik tənəffüs məşqləri əsasında aparılan hərəkətlər toplusudur. Pilates zamanı balans və koordinasiya yaxşılaşır, əzələ qüvvəsini və elastikliyini artırır və stressi azaldır. Pilates metodunda qabırğa tənəffüsundən istifadə edildiyinə görə döş qəfəsi və qarın əzələləri şişmir və formasını böyütmür əksinə ağciyərlərin hava tutumunu artıraraq ümümi sağlamlaşdırıcı və tonuslandırıcı effekt verir.

HAMİLƏLİK ZAMANI FİZİOTERAPİYA

Pilates sistemi bədənin bütün nahiyə və orqanlarına yönəldilə bilən ritmik tənəffüs məşqləri əsasında aparılan hərəkətlər toplusudur. Pilates zamanı balans və koordinasiya yaxşılaşır, əzələ qüvvəsini və elastikliyini artırır və stressi azaldır. Pilates metodunda qabırğa tənəffüsundən istifadə edildiyinə görə döş qəfəsi və qarın əzələləri şişmir və formasını böyütmür əksinə ağciyərlərin hava tutumunu artıraraq ümümi sağlamlaşdırıcı və tonuslandırıcı effekt verir.

KALLANETİKA

Əzələlərin yığılıb boşalmasına yönəlmiş kompleks statik hərəkətlər sistemidir. Kallanetika 29 statik hərəkətdən ibarət bir sistemdir. Bu hərəkətlər zamanı əksər əzələ qrupları birdən hərəkətə keçir, davamlı məşğul olunarsa maddələr mübadiləsi sürətlənir, bu səbəbdən bədən quruluşunun korreksiyası zamanı effektiv və sürətli nəticə verir. Bundan əlavə osteoxondroz, onurğanın boyun və bel şöbələrindəki ağrı və narahatlıqları zamanı tətbiq edilə bilir.

BOBAT TERAPİYASI

Bobat terapiyası, əzələ spastikasını aradan qaldırılmasına yönəldilmiş manual terapiya metodudur. Bobat terapiyasını aparmaq üçün xüsusi təchiz olunmuş Bobat stolundan (Bobath Table) istifadə olunur. Bu metoddan nevroloji və travmatoloji pozuntularda geniş istifadə olunur. Bununla yanaşı, Voyta terapiyası, mərkəzi sinir sisteminin pozuntuları zamanı hərəki funksiyaların məhdudiyyətini uğurla aradan qaldırır. Manual terapiyanın xüsusi növü olan Voyta terapiyası nevroloji, ortopedik və cərrahi patologiyalarda geniş tətbiq edilir.