1. Dünyada uşaq və yeniyetmələrin təxminən 20%-i psixi pozuntular və ya problemlər yaşayırlar..

Demək olar ki, psixi pozuntuların yarısı 14 yaşından əvvəl başlayır. Müəyyən edilən pozuntular fərqli cəmiyyətlərdə oxşarlıq göstərir. Nevropsixoloji pozuntular dünyada gənç insanların qarşılaşdığı sağlamlıq problemləri arasında əhəmiyyətli yer tutur. Buna baxmayaraq dünyada 19 yaşından aşağı əhalinin sıx olduğu bölgələr psixi sağlamlıq xidmətləri baxımından ən problemli bölgələrdir. Bir çox inkişaf etməkdə olan ölkələrdə hər 1-4 milyon insana sadəcə 1 uşaq psixiatrı düşür.

2. Psixi pozuntular və maddə istifadəsi pozuntuları dünyada insanların qabiliyyət itkisinin əsas səbəbləri arasındadır.

Qabiliyyət itkisi və disfunkiyalar ilə keçən illərin 23%-i psixoloji və maddə istifadəsi pozuntularından ortaya çıxır.

3. Hər il 800 000 insan intihar edir.

Hər il 800 000 –dən çox insan intihar səbəbi ilə ölür və intihar 15-19 yaş arasındakı insanlarda ikinci əsas ölüm səbəbidir. İntihar səbəb ilə ölən hər  bir insandan əlavə ən az 20 nəfərin də intihara cəhd etdiyi təxmin edilməkdədir. İntihar hadisələrinin 75%-inə aşağı və orta səviyyəli gəlirə sahib ölkələrdə rastlanmaqdadır. Psixi pozuntular və zərərli alkoqol istifadəsi intiharların əsas səbəbi olaraq görülür. Erkən müəyyən etmə və vəziyyətin aktif olaraq idarəsi insanların lazım olan psixoloji dəstəyi almasında əhəmiyyətli rola malikdir.

4. Müharibə və təbii fəlakətlərin psixi sağlamlıq üzərində ciddi təsiri var

Psixoloji pozuntular, müharibələr və təbii fəlakətlər kimi fövqaladə vəziyyətlərdə iki qatına çıxır.

5. Psixoloji pozuntular digər xəstəliklərin inkişafında əhəmiyyətli risk amilidir.

Psixoloji problemlər HIV, kardiovasküler və diabet kimi xəstəliklərini riskini artırır.

6. Xəstələrə və onların ailələrinə istiqamətlənmiş sosial damğalama və ayrıseçkilik psixoloji sağlamlıq xidmətindən istifadə etmə ehtimalını aşağıya salır.

Psixoloji xəstəliklərlə bağlı səhv məlumatlar, damğalama və mənfi rəylər geniş yayılmışdır. Hər hansı bir psixi problemin effektiv müalicəsi olmasına baxmayaraq, psixoloji problemlərin müalicə olunmadığı və ya psixoloji problemi olan insanların iradəsiz, zəka problemi olan və zərər verən insanlar olduğu haqqında səhv hökmlər olduqca yayğındır. Bu tərz mənfi rəylər və damğalamalar insanların istismar edilməsinə, cəmiyyətdən uzaqlaşmasına və lazım olan dəsrəyi almagı rədd etməsinə gətirib çıxarır.

7. Bir çox ölkədə koqnitiv və psixososial problemlərdən əziyyət çəkən insanlara qarşı insan haqqları pozulması sıxlıqla bildirilməkdədir.

Fiziki təzyiq, uzaqlaşdrıma və ilkin ehtiyacların qarşılamağı rədd etmə bunlardan bir neçəsidir. Psixoloji pozuntuları olan insanların haqqlarını lazimi qədər və qanun çərçivəsində qoruyan şox az ölkə var.

8. Bütün dünyada münasib ixtisaslı insanların bölüşülməsində ciddi bir qeyri-bərabərlik var.

Aşağı və orta gəlirə sahib ölkələrdə müalicə və sağlamlıq xidmətlərindən istifadə etməyin qarşısındakı ən böyük maneələrdən biri psixiatr, psixiatriya tibb bacısı, psixoloq və sosial iş mütəxəssislərinin kifayət qədər olmamasıdır. Aşağı gəlirə sahib ölkələrdə hər 100 000 nəfərə 0.05 psixiatr həkim və 0.42 tibb bacısı düşür. Yüksək gəlirə sahib ölkələrdə psixiatr nisbəti 170 dəfə, tibb bacısı isə 70 dəfə daha çoxdur.