Depressiya ən geniş yayılmış psixoloji problem olmasına baxmayaraq ən çox səhv başa düşülən problemdir. Hamımız arabir kədərli, qəmgin və ya təşvişli olabilərik. Gündəlik həyatda bu vəziyyətə depressiya desək də əslində depressiyanın klinik təsviri fərqlidir.

Depressiya çox vaxt müəyyən bir səbəb olmadan ortaya çıxar və əlamətləri uzun müddət davam edər. Ən əhəmiyyətlisi isə klinik depressiya gündəlik həyatımızın hər sahəsində bizə maneçilik törədər və öz özünə sağalmaz.

Depressiyanın geniş yayılmış 10 əlaməti:

1. Uzun müddət davam edən kədərli və təşvişli ruh halı
2. Ümidsizlik hissi və bədbinlik
3. Özünü günahkar, dəyərsiz və çarəsiz hiss etmə
4. Daha öncə zövq aldığımız fəaliyyətlərə və hobbilərə marağın azalması
5. Enerji azalması, yorğunluq ve halsızlıq
6. Fokuslanma, xatırlama vəya qərar vermədə çətinllik
7. Yuxuya getmə və yuxulama problemləri
8. İştah problemləri, çəki artması və ya azalması
9. Ölüm yaxud intiharlar bağlı düşüncələr vəya təşəbbüslər
10. Narahatlıq və əsəbilik

Recent Posts

Leave a Comment