Cinsi Disfunksiyalar

Cinsi münasibət insanın əsas ehtiyaclarından biridir. İnsan bədəni cinsi münasibətə müvafiq şəkildə təchiz edilmişdir lakin bəzi amillərə bağlı olaraq bəzən cinsi funksiyalarda problemlər çıxa bilir. Funksionallıqda bir problem bəzən patoloji olsa da ümumiyyətlə cinsi disfunksiyaların əsası psixoloji problemlərə dayanır. Bu baxımdan həm qadınlarda həm də kişilərdə görülən cinsi disfunksiyalar psixoloji olaraq ələ alınmış, sinifləşdirilmiş və müalicə metodları inkişaf etdirilmişdir.

Cinsi həyatımızın keyfiyyəti cinsi münasibət haqqında məlumatlarımızla birbaşa əlaqədardır. Cinsi həyat olduqca kompleksi bir hadisə olduğu qədər həm də hər fərdin özünə xasdır. Ümumiyyətlə məlumatlarımız və təcrübələrimiz həm keyfiyyətli cinsi həyat baxımından, həm də cinsi disfunksiyalar baxımından önəmlidir.

Qadınlarda Cinsi Disfunksiyalar

• Vaginizm
• Orqazm problemləri, orqazm olabilməmə
• Cinsi istəksizlik
• Cinsi münasibət zamanı ağrı
• Cinsi oyanma problemləri
• Həddindən artıq cinsi istək

Kişilərdə Cinsi Disfunksiyalar

• Ereksiya (sərtləşmə) problemləri, erektil disfunksiya
• Erkən boşalma, prematur eyakulyasiya
• Gecikmiş boşalma
• Orqazm problemləri, orqazm ola bilməmə
• Cinsi münasibət zamanı ağrı
• Cinsi oyanma problemləri
• Həddindən artıq cinsi istək

Cinsi Terapiya nədir?

Cinsi terapiya, cinsi problemlərin psixoterapiyası sahəsində təhsil almış, təcrübəli psixiatr və klinik psixoloqlar tərəfindən cinsi problemləri olan fərdlərə və ya cütlüklərə tətbiq olunan psixoterapiya növüdür. Elmi və etik olaraq müəyyən olunmuş proseslərdən keçmiş və effektiv olduğu sübut olunmuş metodlar cinsi problemlərin müalicəsində istifadə edilir. Halhazırda ən yayğın cinsi terapiya metodu Koqnitiv Davranış Terapiyadır.
Cinsi pozuntuların ortaya çıxmasında patoloji və psixoloji problemlər və ya ikili münasibətlərin qarşılıqlı əlaqəsi rol oynayır. Təbii olaraq cinsi problemlərin müalicəsi də, əmələ gəlməsində rolu olan amillərə görə dəyişə bilər. Pasient ilə danışıqlar aparılaraq problemi ortaya çıxaran, yerləşməsinə səbəb olan amillər birlikdə incələnir. Problemin həllində effektiv olacaq dərman müalicəsi və ya psixoterapiya seçilir.
Cinsi problem patoloji bir səbəbə bağlı isə, müalicəsi dərman və ya tibbi müalicələr olacaqdır. Bu vəziyyətdə müalicəni, uroloqlar, qadın xəstəlikləri və doğuş mütəxəssisləri və ya psixiatrlar tərəfindən aparırlar. Əgər cinsi problem psixoloji amillərlə bağlıdırsa və ya patoloji bir səbəbə bağlı olaraq inkişaf etsə belə psixoloji amillər vəziyyəti ağırlaşdırmışsa, cinsi terapiyalar tətbiq edilməlidir. Bütün müalicələr kimi cinsi terapiyaların da elmi əsaslara dayanması məcburidir.