BÖYÜK PSİXOLOGİYASI

FƏRDİ PSİXOTERAPİYALAR

PSİXOTERAPİYA NƏDİR, NECƏ İŞLƏYİR?

Psixoterapiya, psixoloji problemlərin sağaldılması məqsədilə psixiatr, klinik psixoloq kimi psixoloji sağlamlıq mütəxəssisləri tərəfindən tətbiq olunan və qarşılıqlı şifahi ünsiyyətə dayanan prosesisin ümumi adıdır. Psixoterapiya zamanı pasient öz emosiya, düşüncə və davranışları haqqında məlumat sahibi olur və onları idarə etməyi öyrənir. Psixoterapiya adından bəlli olduğu kimi terapevtik bir prosesdir və müalicəyə yönəlmişdir. Hər nə qədər bütün psixoloji sağlamlıq ilə əlaqəli problemlərdə işə yarasa da psixoterpiyadan fayda görənlərin hamısı bir psixoloji sağlamlıq diaqnozu daşımır. Bu baxımdan psixoterapiya gündəlik problemləri həll etmə, əsəb və digər emosiyaların idarəsi, sosial və ailə əlaqələri, karyera və məslək problemləri kimi geniş dairədə kömək təklif edir.

PSİXOTERAPEVT KİMDİR?

Psixoterapevtlər psixiatriya, psixologiya, psixoloji konsultasiya və rəhbərlik, sosial iş kimi müxtəlif psixoloji sağlamlıq ixtisaslarından məzun olun olmuş və psixoterapiya sahəsində lazım olan nəzəri məlumatı, stajı, müşahidəsi və digər kafilik proqramlarını tamamlamış mütəxəssislərdir. Bu psixoloji sağlamlıq mütəxəssislərindən psixiatr həkimlərdən başqa heç birinin dərman yazma səlahiyyəti olmamaqla bərabər tətbiq etdikləri terapiya baxımından hamısı eyni elmi və əxlaqi qaydalara riayət etməyə məcburdurlar.
Geniş yayılmış inanışın əksinə psixoterapevtlər bizim əvəzimizə qərar verməz, bizə öz inanclarını zorla yeritməz və psixoterapevt olmaqlarının səbəbi həyatda bizdən daha ağıllı və təcrübəli olmaqları deyil. Psixoterapevtlər insanın emosiya, düşüncə, davranış və koqnitiv proseslərini ilə əlaqədar təhsil aldıqları üçün kömək zamanı bu bilikləri əsas götürürlər və bunu edərkən müəyyən standardlara əməl edərlər.

PSİXOTERAPİYA SEANSI

Psixoterapevtlə olan periodik görüşmələrə seans adı verilir. Ümumiyyətlə bu seanslar 45-50 dəqiqə çəkir. Seansların sayısı ümumiyyətlə pasientin terapiyaya verdiyi cavab, psixoloji problemin diaqnozu və şiddəti kimi amillərə bağlıdır. Eyni tip amilllərə bağlı olaraq seansların hansı periodlarla olacağı planlanır.

PSİXOTERAPİYA NÖVLƏRİ

Psixoterapiya geniş yayılmış olara Fərdi Psixoterapiyalar, Ailə və Cütlük Terapiyaları və Qrup Psixoterapiyaları şəklində tətbiq olunur. Bundan əlavə pasientlərin problemlərinə görə terapiya növləri spesifikləşmiş ola bilər. Cinsi terapiyalar, Maddə Asılılığı terapiyaları, Kariyer Planlama terapiyaları kimi spesifik problemlər spesifik terapiyalara nümunədir.

PSİXOTERAPİYA METODLARI

Psixologiya elminin inkişafi ilə birlikdə bir çox terapevtik metod ortaya çıxmışdır: Psixodinamik Psixoterapiya, Koqnitiv Davranış Terapiya, İnterpersonal (şəxslərarası) Psixoterapiya, EMDR, Geştalt Terapiyası və s. Bu terapiya metodları bir birinə zidd olmamaqla yanaşı terapiya prosesini ələ alan metodlarda bəzi fərqliliklər göstərirlər. Hansı terapiya metodunun yaxşı olduğunu demək çətin olsa da xüsusilə bəzi psixoloji problemlərdə bəzi metodların daha yaxşı nəticə göstərdiyinə dair araşdırmalar vardır. Psixoterapevtlər ümumiyyətlə ya bu metodların hamısına yiyələnmişlər ya da müəyyən metodlarda mütəxəssisləşmişlərdir.

DƏRMAN YOXSA PSİXOTERPİYA?

Dərman müalicəsini psixoterapiyaya vəya psixoterapiyanı dərman müalicəsinə altenativ görmək yanlış bir metoddur. Hər ikisi də eyni müalicə proqramının bir parçası olduğu ilə yanaşı araşdırmalar xüsusilə psixoloji sağlamlıqla bağlı problemlərinin həm dərman müalicəsinin həm də psixoterapiyanın birlikdə tətbiq olunduğunda daha yaxşı nəticələr verdiyini göstərir. Nə dərman terapiyası ilə bağlı səhv məlumatlar pasienti psixoterapiyaya yönləndirməli nə də psixoterapiya müddətinin uzun çəkəcəyi kimi qorxular dərman müalicəsinə aparmamalıdır. Ən effektiv müalicə üsulu mütəxəssis ilə birlikdə qərar verməkdir.

AİLƏ VƏ CÜTLÜK TERAPİYALARI

Hər münasibətdə cütlüklər arasında bəzi problemlər yaşanır amma bəzən bu problemlər cütlüklərin dərin bir ümidsizliyə və evliliyin davam edib etməyəcəyi suallarına gətirib çıxarır. Halbuki bu mənfiyə doğru olan gedişatı dayandırmaq mümkündür. İnsanlar bunu bəzən öz cəhdləri, problem həll etmə qabiliyyətləri ilə bacara bilsələr də çox vaxt peşəkar bir kömək lazım olur və evlilik terapiyasına ehtiyac ortaya çıxır. Problem gündəlik çətinliklərdən və adaptasiya məsələlərindən qaynaqlandığı kimi bəzi psixoloji pozuntular səbəbi ilə də ortaya çıxa bilər.
Ailə və cütlük terapiyasında məqsəd, ailə içərisində və cütlüklər arasında yaşanan çətin periodlar ələ alınaraq ziddiyyətlərin həll olunması və bütün ailə fərdlərinin müsbət yöndə dəyişməsini və inkişafını təmin etməkdir.

CİNSİ TERAPİYALAR

Cinsi terapiya, cinsi problemlərin psixoterapiyası mövzusunda təhsil almış, təcrübəli psixiatr və klinik psixoloqlar tərəfindən cinsi problemləri olan fərd və ya cütlüklərə tətbiq olunur. Elmi və etik olaraq müəyyən edilmiş proseslərdən keçən və effektiv olduğu isbat edilmiş bütün terapiya metodları cinsi problemlərin müalicəsində istifadə olunur. Ancaq günümüzdə ən geniş yayılmış cinsi terapiya metodu Koqnitiv Davranış Terapiya metodudur.
Cinsi Disfunksiyaların ortaya çıxmasında anatomik və psixoloji amillər ya da ikili münasibətlərin qarşılıqlı əlaqəsi rol oynaya bilər. Təbii olaraq cinsi disfunksiyaların müalicəsi də, disfunksiyaların əmələ gəlməsində rol oynayan amillərə görə dəyişir. İnsanlar ilə görüşülərək problemi ortaya çıxaran, özünə yer etməsinə səbəb olan amillər birlikdə incələnir. Problemin həllində effektiv olacaq dərman və/və ya psixoterapiyalar seçilir.
Cinsi disfunksiya tibbi və bioloji bir səbəbə bağlı isə, müalicəsi dərman və ya digər tibbi metodlar olacaqdır. Bu vəziyyətdə müalicəni uroloqlar, qadın xəstəlikləri və doğuş mütəxəssisləri ya da psixiatrlar aparır. Əgər cinsi disfunksiya psixoloji faktorlarla bağlı isə vəya tibbi bir səbəbə bağlı olaraq ortaya çıxmış olsa belə psixoloji faktorlar vəziyyəti ağırlaşdırmışsa, cinsi terapiyalar tətbiq olunmalı və ya əlavə edilməlidir. Bütün terapiyalar kimi cinsi terapiyalar da elmi məlumatlara bağlı olmağa məcburdur.

QRUP TERAPİYALARI

Qrup Terapiyası, insanlar arasındakı münasibətlər baxımından ən təbii və ən effektiv metodlardan biridir. Qrup Terapiyası insanlar arası əlaqələrdə çətinlik yaşayanlar üçün müvafiq bir ortam olduğu kimi bənzər psixoloji problemlər yaşayanların eyni anlayış içində olduqları bir ortamdır. Təbii olaraq qrup terapiyası, həm özün haqqında maarifələnmyi təmin edən həm də digərlərinin fərqli yönlərini görmə şansı verən bir metoddur.
Qrup terapiyası insanların özünü müalicə edərkən başqalarını da yaxşılaşdırmaq məqsədinə fokuslanır.