Bir paketdə 20 ədəd siqaret olması təsadüf deyil!
Mütəxəssislərin fikrincə bir siqaret paketində 20 ədəd olması təsadüf deyil. Araşdırmalara görə 45 dəqiqədə bir siqaret çəkən adamın 16 saat oyanıq olduğu vaxtda 20 ədəd siqaret çəkdiyi vurğulandı. Psixiatr Dr. Azər Bağırov bir paketdə 20 ədəd siqaret olmasını açıqladı. 20 ədəd siqaret olmasını riyazi bir hesabla bir paketə qoyulduğunu bildirən Dr. Azər Bağırov, mövzuyla əlaqədar bu açıqlamanı verdi: “Əsas Sual; nikotin reseptorlarının təkrar hala gəlməsi üçün nə qədər vaxt keçməsi gərəkir? Bu vaxt ortalama 45 dəqiqədir. Siqaret çəkən adam 16 saat oyanıq qaldığında 45 dəqiqədən bir siqaret ehtiyacı hiss edirsə bir gündə 20 ədəd siqaret çəkmiş olur. Böyük ehtimalla siqaret paketlərində 20 ədəd siqaret olması da təsadüfi deyil. Bu şəkildə siqaret asılılığı olan adamın beynindəki nikotin reseptorları gün boyunca davamlı nikotinə doymuş olduğu üçün və hissizləşdiyi üçün artıq siqaret istəyi yaşamır. Ancaq kronik siqaret istifadəsi davam etdikcə beyindəki nikotin reseptorlarının miqdarında artım olur və siqaret istifadə edən adam narahatlıq yaşamamaq üçün doza artımına ehtiyac duyur.”

Statistikalara görə ümumi əhalinin 20 %-nin siqaret çəkdiyini bildirən Bağırov, hər hansı bir psixiatrik diaqnozu olan insanlarda siqaret istifadəsi ümumi əhaliyə nisbətlə çox daha yüksək olduğunu qeyd etdi. Bağırov, “Siqaret istifadəsi psixiatrik xəstəliyi olanlarda 40-50%-ə çatır. Diqqət çatışmazlığı və hiperaktivlik, şizofreniya və bipolyar pozuntu diaqnozu olan insanlarda isə siqaret istifadəsi 60-85%-ə çatır.Hərhansı bir psixiatrik diaqnoz sahəsində siqaret istifadəsi və asılılığı ümumi cəmiyyətə nisbətlə çox yüksəkdir. Ancaq psixiatrik klinikalara müraciət edənlərin siqaret istifadəsi detallı soruşulub qeydiyyat altına alınmır. Siqaret istifadəçilərinin sadəcə 10%-i siqareti buraxmaq üçün müalicə aldıqlarını ifadə edirlər.” dedi.
Beyindəki nikotin reseptorlarını nikotinlə doyurulması halında daha çox nikotin alımının zövq verici təsirə malik olmadığını deyən Bağırov, bu səbəblə asılıların ümumiyyətlə 45 dəqiqə fasilə ilə siqaret çekdiyinə diqqət çəkdi. Bağırov, “ İstirahət halındakı nikotin reseptorları nikotine qarşı çox həssasdır. Siqaret tüstüsü ilə alınan nikotin bu reseptorlarla birləşdikdən sonra reseptorlar artıq hissizləşirlər. Əgər mükafat sistemindəki nikotin reseptorlarının hamısı nikotinlə doyurulmuşsa daha çox nikotin alımı zövq verici olmaz. Bir ədəd siqaret çəkilməsi əsnasında alınan nikotin mükafat sistemindək bütün nikotin reseptorların doldurmaq üçün kifayətdir. Bu səbəblə siqaretlər standard uzunluqdadır.’’ dedi