Bacı / qardaş Qısqanclığının Qarşısını Almağın Yolları

 In Uşaq Psixologiyası

Bacı / qardaş Qısqanclığının Qarşısını Almağın Yolları
Qısqanclıq, insan təbiətində olan əsas duyğulardan biridir. Uşaqların həyatlarını başqa bir insanla paylaşmaq məcburiyyətində qalmağı, həmişə xoşbəxtlik verməyə bilər və bu dövrü çətin keçirə bilərlər.

Bacı / qardaş qısqanclığının qarşısını necə almaq olar?
1 – Doğuşdan əvvəl uşağa bacı / qardaşının olacağı deyilməlidir və bir bacı və ya qardaşının olmasının nə qədər dəyərli bir şey olduğu anlatmaq lazımdır. Lazım olarsa, bu mövzuda mütəxəssisdən kömək almaq vacibdir.
2 – Uşaq, qısqanclıq göstərdiyinə görə günahlandırılmamalıdır.
3 – Yeni doğulan körpə ilə bağlı qərarlarda uşaqla məsləhətləşmək lazımdır.
4 – Uşağın alışdığı rejim davam etdirilməlidir.
5 – Yeni doğulan körpə üçün digər uşağın imkanları məhdudlaşdırılmamalıdır.
6 – Uşağın körpəyə zərər vermə ehtimalının təşvişi uşağa əks etdirilməməlidir, amma belə bir vəziyyət olarsa, etdiyi səhvi konkret bir dillə anlatmaq lazımdır.
7 – Xüsusilə körpə doğulduqdan sonra, böyük uşağa ən az körpə qədər vaxt ayrılmalıdır.
8 – Uşağa “böyük qardaş, böyük bacı” kimi sözlər dərhal yüklənməməlidir.
9 – Bunlara baxmayaraq uşağın vəziyyəti qayğı verəcək bir hal alarsa mütləq bir mütəxəssislə görüşülməlidir.

Recommended Posts

Leave a Comment